Rəqəmsal Transformasiyadan İnnovativ İqtisadiyyata doğru - Yol Xəritəsi: problemlər, prespektivlər, prioritetlər…

Yüksək Texnologiyaların ölkəmizdə hərtərəfli inkişaf etdirilməsi bütövlükdə iqtisadiyatın dirçəldilməsində xüsusi rol oynayır. O, bu sferada “lokomotiv” olaraq iqtisadi prosesləri öz arxasınca aparır, rəqəmsal transformasiyanı şərtləndirir. Əsas məqsəd isə strateji hədəflərə nail olmaq, yüksək texnologiyaların beynəlxalaq təcrübələrə uyğun ölkəmizdə hərtərəfli inkişafını təşviq etmək, sahə üzrə texniki siyasət planının əsas yol xəritəsini ortaya qoymaqdır.

Yol xəritəsinin əsas tezisləri…

- strateji planlama;

- infrastrukturlaşdırma;

- modernləşdirmə;

- rəqəmsallaşdırma;

- intellektuallaşdırma;

- şəbəkələşdirmə;

- internetləşdirmə;

- informasiya cəmiyyətlərinin

geniş təşəkkül tapması;

- infotəhlükəsizlik;

- risklərin idarəolunması;

- liberallaşdırma;

- özəlləşdirmə;

- tənzimləmə;

Bəhsedilən amillərin uğurla həyata keçirilməsi ölkəmizdə aidiyyatı sahə üzrə yüksək texnologiyaların əsas göstəricilərinin inkişaf etdirilməsi, rəqəmsal indeksin yüksəlməsi, o cümlədən innovativ texnolgiyalara keçidlə rəqəmsal transformasiyaya təkan verəcəkdir.

Texnoloji sfera əsas prioritetlər… İnfrastruktur üzrə:

- Ümümistifadəli rabitə şəbəkələrinin, o cümlədən kommutasiya, transmissiya, xətt qurğu və avadanlıqlarının çağdaş tələb və təklifə uyğunlaşdırılması, o cümlədən “Son Mil” abonəçi xəttlərinin optik kabelə keçilməsi;

- Texnoloji innovasiyalar, Süni İntellekt, “GPON” (Gigabite Passive Optic Network), “BLUD” texnologiyaları, “VPN”(Virtual Private Network), “İBC” (International Business Curcuits) protokol və beynəlxalq standartlara uyğun rəqəmsal texnologiyaların, o cümlədən istehsal, emal və xidmətlərin təşkilinin intellektual idarəolunması;

- “Startup”lar, yüksək texnologiyalar üzrə parklar, biznes inkubatorlar, distans təhsil, tele-medisina, elektron səhiyyə, gen mühəndisliyi, ultrasensorlu pilotsuz uçan apparat və dronlar, “smart” layihələr, gadget və robotik emal, istehsal vəs.

Mobil sektor üzrə:

- Çağdaş tələbləri qarşılayan irəli səviyyədə İnternet Protokol və Standartları dəstəkləyən, əsasən də “5G” içərikli ( FeMBMS -Futuer evolved Multimedia Broadcast and Multicast Services, eMBBC - Enhanced Mobile Broadband Communications, URLLC - Ultra Reliable Low Latency Communication, mMTC - Massive Machine Type Communication və digər.) geniş zolaqlı sürətli internet xidmətlərinin, o cümlədən üstün keyfiyyətli Wİ-MAX, Wİ-Fİ xidmətlərinin təşkili;

Radio, TV seqmenti üzrə:

- Rəqəmsal radio FM və TV yayımında tədbiq olunan “MPEC 4” və daha irəli texnologiyalarla yenilənəmə özəlliyinin nəzərə alınması;

Tezliklər resursları üzrə:

- Beynəlxalq təcrübələrə uyğun ümümistifadəli mülki məqsədlər üçün tezlik resurslarından daha səmərəli istifadə olunma, o cümlədən dövlət əhəmiyyətli və xüsusi təyinatlı tezliklərin tədricən mülki məqdədlərə verilməsi ilə boşalan tezlik zolaqlarının texnoloji protokol və standartlara uyğun yenidən rasional bölüşdürülməsinin təşkili, səmərəli taarif siyasəti;

“DATA” mərkəzi üzrə:

- Ölkəmizin regional “HUB” - DATA mərkəzinə çevrilməsi, o cümlədən TASİM (Trans Asia Super Highway Magistralı) layihəsi və onun beynəlxalq data tranzit trafikinin təşkili, həmçinin, böyük həcmli məlumatların emalı üzrə (“big data mining”) səmərəli istismarının təşkili;

İnformasiya təhlükəsizliyi:

- İnformasiya təhlükəsizliyi, informasiyanın qorunması, “hibrid - assimmetrik” müharibələrinin qarşısının alınması yönündə texniki-texnoloji, o cümlədən hüquqi tədbirlərin görülməsi;

İnternet, Virtual məkan, sosial şəbəkələr üzrə:

- Ölkəmizdə, İnformasiya Cəmiyyətinin sağlam təməllərdə dövlət maraq və mənafelərinə uyğun inkişaf etdiriməsi, sosial şəbəkələrlə İnternet Platformalarının Virtual İnformasiya Məkanında inteqrasiyası və onların mütərəqqi metodlarla tənzimlənməsi;

- Kiber biznes, elektron (İnternet) ticarət, elektron oyunlar, internet idman mərc əməliyyatları, rəqəmsal iqtisadiyyat və ekektron pul, kripto valyuta “blok chain” işləmləri təşviq olunaraq intellemtual idarəetməyə keçid;

Qanunvericilik üzrə:

- Bu yöndə Ali Dövlət Rəhbərliyi tərəfindən qəbul olunmuş Milli Strategiya, Dövlət Proqramları, “Yol Xəritəsi”, və digər normativ sənədlərinin təkmilləşdirilərək günün tələbi səviyyəsinə uyğunlaşdırılması;

İdarəetmə üzrə:

- Effektiv idarəetmə məqsədilə zəruri hüquqi, texniki və təşkilati islahatların aparılması;

- İntellektual idarəetmə, o cümlədən daxili intranet şəbəkələri üzərindən elektron sənəd dövriyyəsi - kağızsız texnologiyaya keçid;

- İstehsalat, emal və xidmət sferasında istifadəçilərə göstərilən geniş İKT xidmətləri üzrə ortaya çıxan risklərin idarəolunması;

İKT sferasının Operator və digər oyunçularının fəaliyyətlərinin tənzimlənməsi üzrə:

- ədalətli rəqabətin təmin edilməsi ilə sahibkarlığın inkişaf etdirilməsi məqsədilə Müstəqil Tənzimləmə Qurumunun təsis olunması;

Rəqəmsal İqtisadiyyatın bütövlükdə ölkə iqtisadiyyatına inteqrasiyası ilə Ümumi Daxili Məhsulun (ÜDM) həcmində İKT-nin payının artmasına, idxal - ixrac yönlü elektron məhsulların geniş təşviqinə səbəb olacaq, eyni zamanda, yeni-yeni “İnternet və Bilik Şəhərçik”lərinin yaranmasına, “Azad İqtisadi Zona”ların fəaliyyətlərinin dərinləşməsinə, yeni çağın çağlrışlarına uyğun formalaşan “tələb və təklif”lərlə “biznes startup”ların artmasına gətirib çıxaracaqdır

Yuxarıdakı tezislərin uğurla həyata keçirilməsi üçün əsas prioritet təkliflər və prespektivlər…

- ümumistifadəli rabitə şəbəkələrinin (PSTN- Public Switched Telephone Network) altyapı çalışmaları simsiz şəbəkələr üzrə rəqəmli “microwave”, simli şəbəkələrdə optik kabelləşmə ilə istifadəçilərə “son milin” təşkili ilə çağdaş “tələb və təklif”ə uyğun infrastrukturlaşmanın strateji əhəmiyyətinə diqqət yetirilməlidir. O cümlədən, PSTN şəbəkələrinin, onun transmissiya, kommutasiya, xətt qurğu və avadanlıqlarının etibarlı və dayanıqlı şəkildə yenilənərək nöqtədən - nöqtəyə (poit to point) rəqəmsallaşdırmanın reallaşdırılması;

- ümumistifadəli rabitə şəbəkələrinin daxili strukturunun üstün innovativ texnologiyaların tədbiqi ilə GPON (gigabite passive optic network), VPN (virtual private network), İBC (international business circuits) və digər irəli səviyyədə gəlişdirilmiş texnologiyaların köməyi ilə şəbəkələşmənin həyata keçirilməsi;

- innovativ yüksək texnologiyalar parkının süni intellekt, irihəcmli məlumatların emalı (“big data mining”), o cümlədən “blud”texnologiyalarının geniş tədbiqi, tranzit data trafikinin təşkili, məsafədən iş, tədris, telemedisina inkişaf etdirilməsi;

- həmçinin, gen mühəndisliyi, ultrasensorlu pilotsuz uçan aparatlar (dron, iha/siha/pualar), “ağıllı” ev və kəndlər (“smart village”), robot texnologiyaları və robotik sənaye, elektron xidmətlərin təşkili vəs. innovativ layihələrin geniş tədbiqi ilə İKT seqmentinin modernləşməsi;

- eyni zamanda, mövcud şəbəkələr üzərindən, yerli (LAN- local area network) və geniş şəbəkələr (WAN- wide area network), intranet- daxili şəbəkə, extranet- xarici şəbəkə olmaqla beynəlxalq protokol və standartlara uyğun geniş İKT xidmətlərinin təşkili - geniş zolaqlı və sürətli internetləşmə siyasəti;

- digər tərəfdən internetin idarəolunması, unikal kod və domen adlarının verilməsi qaydası, prinsip və qeydiyyat proseduru ilə informasiya təhlükəsizliyi, internetin etik kodeksi aktual okaraq gündəmdə tutulması və virtual məkanın, o cümlədən sosial şəbəkələrlə onların smart platformalarının inteqrasiya olunaraq informasiyalı cəmiyyətləşməyə keçid;

Nəticədə, dərindən aparılan bu analitik təhlil və araşdırma ilə aidiyyatı sferada İnformasiya Cəmiyyətinin dərinləşməsi, peşəkar kadrların bu işə yaxından cəlb edilməsi, informasiyalı vətəndaş cəmiyyətin ictimai iştirakçılığı (inklusivliyi) ilə informasiya cəmiyyətinin infotəhlükəsizliyi, o cümlədən risklərin intellektual idarə olunması və bütövlükdə İKT sferasının Operator, Provider və digər oyunçuları arasında ədalətli rəqabətin təmin edilməsi, səmərəli taarif siyasəti ilə sahibkarlığın inkişaf etdirilməsi və seqmentin beynəlxalq təcrübələrə uyğun liberallaşdırılması, özəlləşdirmə və tənzimlənməsi hədəflənmişdir.

Bununla da, İnformasiya Cəmiyyətinin daha da inkişaf etdirilərək onun ictimai iştirakçılığı ilə vətəndaş cəmiyyətinin hərtərəfli təşəkkül tapması, ölkəmizin inkişaf etmiş dövlətlər arasında öz layiqli yerini tutmasına səbəb olacaq, əksi təqdirdə aparılan ekspert rəylərinə və “GZİT”/“SWOT” təhlillərinə əsasən (güclü, zəif, imkanlar və təhditlər/strength, weak, opportunities & threats) bu sektora yaxın prespektivdə nikbin proqnozların verilməsi çətin görünür.

Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktorunun birinci müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert

Bütün xəbərlər Facebook səhifəmizdə