Sabiq prokurorun həbs olunması həqiqətə uyğun deyil - Baş Prokurorluq

Bəzi media qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin guya həbs olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

SİA xəbər verir ki, bu məlumat Baş Prokurorluq tərəfindən təkzib olunub.

"Müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılmasının qanunvericiliklə qadağan olması bir daha media qurumları və sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır", - deyə prokurorluqdan bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə