“Heyvanlara zorakılıq edənlər sərt cəzalandırılsın!”

“Son zamanlar küçə heyvanlarına qarşı aqressiv hərəkətlər, onların öldürülməsi və ciddi zərər verilməsi ilə nəticələnən xoşagəlməz hadisələr çoxalıb. Bir sıra məsuliyyətsiz və aqressiv vətəndaşlar humanizm və insani dəyərləri ayaq altına ataraq təhlükəli addımlar atır, bununla da cəmiyyətdə xoşagəlməz ab-havanın yaranmasına yol açırlar.”

Bu fikirləri “Nəcib Jurnalistlər” İctimai Birliyinin rəhbəri Mətləb Salahov mətbuata açıqlamasında bildirib. Qurum rəhbəri qeyd edib ki, cəmiyyətdə heyvanlara qarşı aqressiv hərəkətlərin çoxalması uşaqlar, yeniyetmələr və gənclərin heyvanlara qarşı münasibətini mənfi istiqamətə yönləndirir. M. Salahov əlavə edib ki, heyvanlara qarşı qəddar davranışlara görə cəzalar sərtləşdirilməlidir: “Hər kəs etdiyi cinayətin cəzasını artıqlaması ilə ödəməlidir. Canlı heyvanlara qarşı zorakılıq sərt şəkildə cəzalandırılmalıdır. Məncə Milli Məclisdə daha sərt qanunvericilik aktlarının qəbuluna ehtiyac var. Biz bu barədə parlamentə təkliflərimizi göndərəcəyik.”

Bütün xəbərlər Facebook səhifəmizdə