Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis təyin edilib
Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis təyin edilib
SİA-nın xəbərinə görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Zamin Həsənov Büroya rəis təyin olunub.
Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti təsdiqləyib.
Qeyd edək ki, daha əvvəl Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi polis general-mayoru Əlaslan Ağayev idi. O, ötən ilin mayında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB