Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan SİA-ya verilən məlumata görə, 31 yanvar tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 17 ticarət müəssisəsi və 6 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 6 müəssisədə nöqsanlar müəyyən olunub.
Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 4, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 2, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 1, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 4, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 1 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
|
№
|
Sahibkarlıq subyekti
|
Ünvan
|
Aşkar olunan nöqsanlar
|
|
Ticarət obyektləri
|
|
1
|
"Grandmart" market
|
Nizami rayonu, B.Nuriyev küç., ev 20/116
|
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
|
|
2
|
"Ucuz" market
|
Binəqədi rayonu, Biləcəri ştq, Y.Hüseynov küçəsi
|
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
|
|
3
|
"Dokta" MMC-yə məxsus aptek
|
Şamaxı şəhəri, H.Əliyev küçəsi
|
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
|
|
4
|
"Dokta" aptek
|
Şamaxı şəhəri, H.Əliyev küçəsi
|
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
|
|
5
|
Əzizov Saləddin Nəriman oğluna məxsus aptek
|
Gəncə şəhəri, H.Əliyev pr., ev 73
|
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
|
|
İctimai iaşə müəssisələri
|
|
6
|
"Mezzo Lounge"
|
Nəsimi rayonu, D.Əliyeva küç., ev 220
|
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
4.Ev şəraitində hazırlanan məhsulların satışı
|
|
|