“Hər kəs gün ərzində psixoloji sarsıntı keçirə bilər. Bu insanın xarakterindən, onun temprament tipindən asılıdır. İnsanın dünyagörüşü, intellekti də onun düşüncələrinə və hərəklərinə müəyyən dərəcədə öz təsirini göstərir. Eyni zamanda ailədə gördüyü tərbiyə, müxtəlif situasiyalarda verdiyi reaksiyalar da insanın psixologiyasına birbaşa təsir göstərir. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.
Onun sözlərinə görə, hər kəs psixoloji sarsıntı keçirir: “Lakin hər insanın bu prosesə verdiyi reaksiya fərqlidir. Bu fərqli reaksiyalar isə sadalağım səbəblər nəticəsində ortaya çıxır.
Psixoloji sarsıntı keçirmək əslində həyatımızda müdafiə metodu kimi də dəyərləndirilə bilər. Bu dövr hər kəsdə müxtəlif cür cərəyan edir. Eyni zamanda psixoloji sarsıntı zamanı etdiklərimiz yaş və həyat təcrübəsindən də asılı olur. Buna görə də bir çox insanlar bu dövrü çox çətin keçirdiyi halda, bəziləri yaşadıqlarından dərs götürməklə kifayətlənir və həyatlarına davam edirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB