Azərbaycan gəncləri dünyagörüşlü qüvvə kimi formalaşır - ŞƏRH

Azərbaycan gəncləri dünyagörüşlü qüvvə kimi formalaşır - ŞƏRH

Hər kəsə məlumdur ki, 2 fevral gününün Azərbaycan Respublikasında Gənclər Günü kimi elan olunması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu.1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzrlərində hiss etmişlər. 1997-ci ildən Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başaladı. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O, öz həyatını qurarkən, ilk növbədə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, əməli fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir.

Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünki Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclər olan diqqəti və qayğı dərin ehtiram hissi ilə xatırlayır.

Hər bir xalqın tarixində onun borclu olduğu şəxsiyyətlər vardır. Azərbaycan xalqı isə bu günü və sabahı üçün dahi şəxsiyyət Heydər Əliyevə borcludur. Ümummilli Liderimiz həmişə xalqına arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyirdi. Dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu Öndər sağlam düşüncəli gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xüsusi əhəmiyyət verirdi.

Dövlətimizin başçısının davamlı inkişaf konsepsiyasının uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun da xidmətləri böyükdür. Fondun təhsilin inkişafı, bu sahədə həllini gözləyən bir sıra problemlərin aradan qaldırılması istiqamətindəki fəaliyyəti Azərbaycanda elm və təhsilə ictimai təsisat səviyyəsində yüksək qayğı göstərmək nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu zəmində səfərbər olunmasına yönəlmişdir. Fondun elmin, təhsilin dinamik inkişafı, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, yeniyetmələrin sabahın layiqli vətəndaşları kimi yetişməsi istiqamətində məqsədyönlü tədbirləri, ilk növbədə vətənpərvərlikdən irəli gəlir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva ulu öndərin əsasını qoyduğu, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi konseptual təhsil strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir.

Azərbaycan gəncliyi Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ildə bizi Qarabağa qovuşdurdu. Azərbaycan gəncliyinin 44 gündə yazdığı bu Qələbə salnaməsini həmin il dekabrın 10-da Bakıdakı Azadlıq meydanında keçirilən möhtəşəm Qələbə paradı ilə qeyd etdik. Bu, vətənpərvər ruhda yetişən gənclik üçün əsas stimuldur, Azərbaycan gəncinin vətənpərvərlik nümunəsidir. Təbii ki, bütün bunların arxasında duran əsas məqamlardan biri dövlətimizin həyata keçirdiyi uğurlu gənclər siyasətidir. Şübhəsiz, müharibə itkisiz olmur. Biz də Vətən müharibəsində şəhidlər verdik, cəbhədə döyüşən gənclərimiz arasında yaralanaraq qazi adını qazananlar da çox oldu.

Onu da vurğulamaq lazımdır ki, Azərbaycan gəncliyi ictimai-siyasi proseslərdə də kifayət qədər fəaldır. Bu gün Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasında da intellektual gənclər ordusu toplaşıb. Təsadüfi deyil ki, 800 min nəfərə yaxın üzvü olan partiyamızın üzvlərinin 40 faizə qədərini gənclər təşkil edir. Yeni Azərbaycan Partiyası gəncliyin inkişafı üçün müxtlif layihələr həyata keçirir. O cümlədən, gənclər də öz siyasi gələcəklərini Prezident İlham Əliyevin lideri olduğu Yeni Azərbaycan Partiyasında görürlər. Eyni zamanda, Azərbaycan dövləti gənclərin milli ruhda tərbiyə almalarına xüsusi diqqət yetirir və həyata keçirilən məqsədyönlü tədbirlər məhz bu məqsədə xidmət edir. Buna paralel olaraq gənclərin intellektual potensialının artırılması, onların bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində vacib tədbirlər həyata keçirilir. Xüsusilə, gənclərimiz milli maraqlarımızın qorunması işində də prinsipial mövqe nümayiş etdirirlər. 44 günlük Vətən müharibə isə Azərbaycan gəncliyinin yenilməz ruhunu, qəhrəmanlığını və şücaətini bütün dünyaya nümayiş etdirdi!

ARZU ƏLİYEVA

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə