Xocalı faciəsinə aid "Qanlı qərənfil" layihəsi təqdim olunub - FOTOLAR

Seymur Baxışlı "Qanlı qərənfil" adlı Xocalı faciəsinə həsr olunmuş memorial-muzey layihəsini təqdim edib. SİA xəbər verir ki, Seymur Baxışlı müəllifi olduğu layihə haqqında bunları söyləyib: "Xocalı faciəsi tariximizin ən qanlı səhifələrindən biridir və biz bunu heç vaxt unutmayacağıq. O gün gələcək bizim Xocalı torpağına sərbəst getmək imkanımız olacaq, və belə bir layihənin orda yerləşməsi mənim fikrimcə zəruridir.

Layihənin konsepti ağ qərənfil formasında yerinə yetirilib. Layihədə pəncərə olmadığından işıq yalnız qırmızı şüşəli atriumdan daxil olub bütövlüklə qara rəngdə olan zalı qırmızı rənglə işıqlandıracaq. Niyə məhz ağ qərənfil? Ona görə ki ağ qərənfil qarı, qırmızı atrium isə o faciəli gecə qarın üstündə olan qanı simvollaşdırır. Mən sizə "Qanlı qərənfil" adlı Xocalı faciəsinə həsr olunmuş memorial-muzey layihəsini təqdim edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə