Hansı gözlər əməliyyata yararsızdır? - OFTALMOLOQ AÇIQLADI

Hansı gözlər əməliyyata yararsızdır? - OFTALMOLOQ AÇIQLADI

“Əgər insan gecə ilə gündüzün fərqini seçə bilmirsə, bu cür görən gözləri əməliyyat etmək mümkün deyil. Bu o deməkdir ki, gözdə sinirlər tam olaraq sıradan çıxıb. Digər bütün hallarda, hətta kiçik işıq duyğusu olan gözü belə əməliyyat etmək mümkündür”. Bu sözləri SİA-ya açıqlamasında oftalmoloq Paşa Qəlbinur deyib.

Onun sözlərinə görə, hər bir gözə fərdi yanaşmaq lazımdır: "Gözün milyonlarla cəfası və şəfası var. Buna görə də hər bir gözə mütləq şəkildə fərdi yanaşılmalıdır. Katarakt əməliyyatı olunan zaman müəyyən hissəciklər qalıbsa, bu zaman gözün yenidən həmin vəziyyətə nisbi olaraq qayıtma ehtimalı var. Əgər göz müasir tibbi tələblərə uyğun şəkildə əməliyyat olunubsa, əlavə digər xəstəliklər yoxdursa, bu zaman göz yenidən keçmiş vəziyyətinə qayıtmır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə