Pekin Universitetinin alimləri Yerin daxili nüvəsinin fırlanmağı dayandırdığını bildiriblər. Tədqiqatçılar əmin ediblər ki, bu, hər 35 ildən bir baş verir. Planetin nüvəsi Pluton ölçüsündə bərk dəmir və nikeldən ibarət isti, sıx bir kürədir. Bütün Yerdən ayrı olaraq öz oxu ətrafında fırlanır. Tədqiqatçılar hesab edirlər ki, bu fırlanma sürəti daim dəyişir, eləcə də istiqaməti dəyişir.
Cənubi Kaliforniya Universitetinin geofiziki Con Vidale "Baş verənlər tam başa düşülməyib, lakin müşahidə etdiyimiz dəyişikliklər olduqca məqbuldur" deyib.
Daxili nüvənin fırlanması seysmik dalğaların trayektoriyasına təsir göstərir. 2009-cu ildən bəri həmin trayektoriya dəyişməyib, bununla əlaqədar olaraq alimlər Yerin "ürəyinin" dayandığı qənaətinə gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB