"Hər kəs qaydalara kompleks şəkildə riaət etməlidir" - QURUM RƏSMİSİ AÇIQLADI

"Hər kəs qaydalara kompleks şəkildə riaət etməlidir" - QURUM RƏSMİSİ AÇIQLADI

“Paytaxtımızın yollarında kifayət qədər yol hərəkəti qaydalarını pozan, çətinlik yaradan bəzi intizamsız taksi və avtobus sürücülərinin qanuna zidd müəyyən hərəkətlərinin şahidi oluruq. Bu cür hərəkətlər gündəlik xidmət zamanı həm yol patrul xidməti əməkdaşlarının həm də xüsusi texniki vasitələrlə aşkarlanır”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdrəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

Onun sözlərinə görə, xüsusilə qanunsuz sərnişin daşımanı həyata keçirən avtobusların məsuliyyətsiz hərəkətləri də diqqətdən qaçmır: “İstər nəqliyyat vasitəsinin texniki sazlığı məsələsi, istərsə də xidmətin düzgün təşkil olunması ilə bağlı nöqsan və problemlərlə demək olar ki, hər gün rastlaşırıq. Əməkdaşlarımız isə tam tərkibdə nəzarət profilaktik qaydada xidmətlərini aparır, sürücülərlə bağlı qanuna uyğun tədbirlər görürlər.

Lakin bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, avtobus və taksi sürücülərini sərnişinlər özləri də qayda pozmağa sövq etməməlidirlər. Taksi sürücüləri ilə sorğu keçirərkən, sərnişlərin onları qayda pozmağa məcbur etdiyini bildirirlər. Amma hər bir sürücü bilməlidir ki, sükan arxasında olan şəxs məsuliyyət sahibidir. Hər birimiz yol hərəkəti iştirakçısıyıq. Sürücü, piyada, sərnişin olmağımız məsələ ilə bağlı məhsuliyyətimizi azaltmır. Hər kəs qaydalara kompleks şəkildə riaət etməlidir ki, həyat və sağlamlığımız təhlükə qarşısında qalmasın yollarda da hərəkətin fasiləsizliyi təmin oluna bilsin!”

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə