"Gənclik bizim sabahda öz təsdiqini tapan varlığımızdır" - MÜNASİBƏT BİLDİRİLDİ
“Gənclər günü Azərbaycanda hər zaman xüsusi bir tətənə ilə keçirilir. Bu günün bu cür keçirilməsi üçün yetərli qədər əsaslar da var. Azərbaycan gəncliyi Azərbaycan dövlətinin siyasətində çox böyük bir yer tutur. Gəncliyin, yeni nəslin gələcəyə hazırlanması, təhsili, mənəvi, fiziki tərbiyə almaları Azərbaycan dövlətinin siyasətində hər zaman öndə durur. Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman bu məsələyə xüsusi önəm verir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib.
Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev gənclər siyasətinin hazırlanması, həyata keçirilməsinin prinsiplərini müəyyənləşdirib: “Bu gün Azərbaycan gəncliyi ilə fəxr etmək olar. Qarabağ uğrunda aparılan döyüşlərdə Azərbaycan gəncləri öndə idi. Gənclərimizin həlledici xidmətlərini biz bir çox sahələrdə görürük.
Gənclik bizim gələcəyimizdir, gənclik bizim sabahda öz təsdiqini tapan varlığımızdır. Azərbaycan gənclərini bu gün münasibətilə təbrik edirəm, düşnürəm ki, Azərbaycan gəncliyi bu gün ləyaqətli bir gənclikdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB