Abşeronun bir hissəsində su kəsilib

Abşeronun bir hissəsində su kəsilib

Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

“Azərsu” ASC-dən SİA-ya verilən məlumata görə, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə