Hərbi hissələrin sürücüləri və maşın başçıları ilə məlumatlandırıcı tədbir keçirilib - FOTOLAR

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Daxili İşlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə hərbi yol polisinin bir qrup şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib. SİA xəbər verir ki, toplantı çərçivəsində hərbi hissələrin sürücü və maşın başçıları ilə məlumatlandırıcı dərs təşkil olunub.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Dərsdə hərbi birləşmələrin sürücüləri bu sahəyə cavabdeh olan şəxslər tərəfindən yol hərəkəti qaydalarına, hərəkətin təhlükəsizliyinin təmin olunmasına dair yol hərəkəti haqqında ölkə qanunveiciliyinin, eləcədə müvafiq əmr və qərarların tələblərinə, hərbi hissələrinin avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılması, onlardan təyinatı üzrə istifadə edilməsi, yol sənədlərinin düzgün tərtib edilməsi mövzusunda maarifləndirici söhbətlər aparılmışdır. Hərbiçi qulluqçulara mürəkkəb şəraitdə və hərəkət üstünlüyündə yol hərəkəti və təhlükəsizlik qaydaları, həmçinin yol nəqliyyat hadisələri zamanı çevik vərdişlərin formalaşması məqsədilə nəzəri-praktik məlumatlar əks olunan slaytlar təqdim edilmiş, yaranmış suallar ətrafında izahlı cavablar verilmişdir.

Hərbi qulluqçulara Müdafiə Nazirliyi rəhbərliyinin tələb və göstərişləri çatdırılıb, xidmətin düzgün və keyfiyyətli təşkili ilə bağlı tövsiyələr verilib.

Tədbirdə, həmçinin aidiyyatı dövlət orqanları eləcədə dövlət yol polisi qurumları ilə birgə fəaliyyətin təşkili barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə