“Azərsu”yun sədr müavini Salyanda vətəndaşları qəbul edib

Bu gün “Azərsu” ASC-nin sədrinin I müavini Teyyub Cabbarov Salyan şəhərində Salyan, Neftçala rayonlarından olan vətəndaşları qəbul edib.

SİA quruma istinadən xəbər verir ki, qəbulda iştirak etmiş 28 nəfərin müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub.

Müraciətlərin araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə