Vəhşi heyvanların insanlara hücumlarının qarşısı necə alınmalıdır? - ARAŞDIRMA

Vəhşi heyvanların insanlara hücumlarının qarşısı necə alınmalıdır? - ARAŞDIRMA

Dəfələrlə vəhşi heyvanların yaşayış ərazizilərinə daxil olması faktları qeydə alınıb. Gözlənilməz hücumlar nəticəsində «çağırılmamış qonaqlar»ın nəinki iri və xırdabuynuzlu heyvanlara, hətta insanlara belə hücumlar barədə məlumatlar mövcuddur.

Vəhşi heyvanların öldürülməsi və ya yaralanması özünü müdafiə etmədiyi halda qanuna ziddir. Bu heyvanların "Qırmızı Kitab" da yer alan növlərə xüsusi diqqət yetirilir.

Vəhşi heyvanların əsas yaşayış yerləri dağlar və meşələrdir.

Bir çox vəhşi heyvanlarla, xüsusən də caynaqlılar və yırtıcılarla qarşılaşdıqda ehtiyatlı olmaq lazımdır. Miqrasiya zamanı və ya cütləşmə mövsümündə onlar daha aqressivləşir və insanlar üçün təhlükə kəskin şəkildə artır. Cütləşmə dövründə toplum halında olurlar.

Hündür otlar və sıx kollarla örtülmüş ərazilərdən gün ərzində vəhşi heyvanın əsas yaşayış yerləridir.

Görünüşündən və davranışından asılı olmayaraq vəhşi heyvanlarla üzləşmə gözlənilməz hadislərlə nəticələnə bilir. Ancaq onlar çox vaxt izdihamlı yerlərdən və yüksək səslərdən qaçır.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, vəhşi heyvanlar dişləmə, cırmaqlama yolu ilə, habelə tüpürcək vasitəsilə insanı ölümlə nəticələnən yoluxucu xəstəliyə - quduzluğa da yoluxdururlar. İnsanda quduzluq xəstəliyinin əlamətləri bu infeksiyaya yoluxduqdan 2 gündən 3 aya qədər, nadir hallarda isə bir ilə müşahidə edilə bilər. Quduzluq xəstəliyinin hidrofobiya və aerofobiya (sudan və havadan qorxma əlamətləri), psixo-nevrotik, udqunma aktının pozulması, hallusinasiya, yüksək hərarət, dişlənmiş yerdə ağrının olması, hipersalivasiya kimi əlamətləri var. Buna görə də hər hansı bir heyvan tərəfindən dişləmə, tüpürcəkləmə və ya cırmaqlanma baş veribsə, dərhal həkimə müraciət etmək və antirabik vaksini vaxtında vurdurmaq lazımdır.

Vəhşi heyvanlar yaşayış məntəqəsinə və ya mal-qaraya hücum edirsə, əhalinin təhlükəsizliyinə, kənd təsərrüfatı heyvanlarına ciddi təhdid yaradırsa, bu zaman vətəndaş, özünü və təsərrüfatını qorumaq hüququna malikdir.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov: "Canavar və çaqqalların kəndlərə, insanlara hücumları ilə bağlı nazirliyə və onun yerli qurumuna rəsmi müraciət daxil olduqda Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mütəxəssisləri və ovçulardan ibarət işçi qruplar yaradılır. Qruplar insanlara təhlükə yaradan heyvanların ərazidən uzaqlaşdırılması üçün hürküdücü vasitələr tətbiq edir, yırtıcıların sayının tənzimlənməsini diqqətdə saxlayır, zərurət yarandığı təqdirdə müvafiq tədbirlər görür.

Qeyd edim ki, vəhşi heyvanlar mal-qaraya və insana hücum edərsə, həmin şəxs özünümüdafiə məqsədilə heyvanı vura bilər. Belə halda həmin şəxsə qanun pozuntusu şamil edilmir və bu zaman o, istənilən məsuliyyətdən azaddır. Əgər vəhşi heyvan təqib edilərək vurulursa, ovlanırsa, bu, artıq müvafiq məsuliyyət yaradır”.

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə