Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şirvan şəhərində həmin şəhərin və Hacıqabulrayonunun sakinlərini qəbul edib. ƏƏSMN-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbuldan əvvəl S.Babayev və Şirvan şəhər İcraHakimiyyətinin başçısı İlqar Abbasov Ümummilli LiderimizHeydər Əliyevin abidəsini ziyarət ediblər.
Qəbul zamanı müraciət edənlər arasında şəhidailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Onlarınsosial vəziyyətləri öyrənilib, müraciətləri ilə əlaqədarmüvafiq sosial dəstək tədbirlərinin görülməsi təmin edilib.
Həmçinin müraciət edən digər vətəndaşlarınmüraciətləri fərdi qaydada araşdırılaraq nəticəsinə əsasəntədbirlər görülüb. Müraciətlər əsasən pensiya və ünvanlısosial yardım, müavinət, əlillik, reabilitasiya xidmətlərinə, özünüməşğulluq və digər aktiv məşğulluq proqramlarınacəlb edilmə, mənzillə təminat və s. məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri nəzərə alınaraq onlarınaktiv məşğulluq proqramlarına (özünüməşğulluq, ictimaiişlər, peşə hazırlığı), sosial və reabilitasiya xidmətlərinə, sosial dəstək tədbirlərinə cəlb olunmaları üçün qeydiyyatıaparılıb.
Bir sıra müraciətlər sorğu xarakterli olub və bununlabağlı vətəndaşlara müvafiq mövzularda ətraflı izahatlarverilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB