“Azəriqaz” qaz verilişindəki dayanmaların səbəbini açıqlayıb

Bakının Sabunçu rayonunda həftə ərzində kənar qoşulmalar səbəbindən ən azı 20-30 dayanmalar olur.

SİA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı departamentinin rəisi Rauf Əhmədov bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

“Kənar qoşulamalar bizim hal-hazırda ən böyük problemlərimizdən biridir. Bu cür halların ən çox təsadüf olunduğu ərazi isə Sabunçu rayonudur. Həftə ərzində həmin ərazidə kənar qoşulmalarla bağlı ən azı 20-30 dayanmalar olur. Bu çox böyük rəqəmdir. Kənar müdaxilələr təxirəsalınmaz hal olduğu üçün biz onları aradan qaldırmağa məcburuq. Bu zaman şəbəkənin yenidən normal vəziyyətə gətirilməsi üçün isə qaz təchizatını dayandırmalı oluruq. Nəticə etibarı ilə isə kənar qoşulma həyata keçirən vətəndaşların məsuliyyətsizliyi nəticəsində böyük bir ərazidə vətəndaşlar qaz təchizatı ilə bağlı əziyyət çəkirlər”,- deyə R. Əhmədov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə