Cinayət təqibindən kənar fəaliyyət genişləndirilib- Kamran Əliyev

"Cinayət təqibindən kənar fəaliyyət genişləndirilib".

SİA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun 2022-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında deyib.

Cinayət təqibindən kənar icraatlar sahəsi üzrə fəaliyyətə toxunan Baş prokuror söyləyib ki, hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat üzrə 13 029 işə baxılmasında prokurorluq işçiləri iştirak edib.

O vurğulayıb ki, qanun pozuntularını, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair 92 şəxs barəsində təqdimat verilib, 87 şəxsə isə qanun pozuntularından çəkindirmək məqsədilə xəbərdarlıq edilib, həmçinin, sosial təhlükədə olan 6 uşaq üzrə 5 valideyn barəsində valideyin hüquqlarının məhdudlaşdırılması haqqında 5 məhkəmədə mülki iddia qaldırılıb.

Baş prokuror qeyd edib ki, hesabat dövründə prokurorluq orqanları tərəfindən inzibati xəta haqqında iş üzrə 1457 icraat başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə