16 zorlama və zorlamağa cəhd hadisələri qeydə alınıb - Baş Prokuror

"Ötən il Azərbaycanda 16 zorlama və zorlamağa cəhd hadisələri qeydə alınıb".

SİA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun 2022-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında deyib.

O bildirib ki, 2021-ci illə müqayisədə bu cinayətlərin sayı azalıb: "2021-ci ildə zorlama və zorlamağa cəhd cinayətləri 26 olub".

Bütün xəbərlər Facebook səhifəmizdə