Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini Rəşad Məmmədov saxlanılıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Daxilin İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin şəxsin üstünə keçirilən baxış zamanı 226 qrama yaxın heroin və 2 qrama yaxın metamfetamin aşkarlanaraq götürülüb.

Polis əməkdaşları tərəfindən digər bir əməliyyat tədbirləri zamanı rayon sakinləri Hüseyn Heydarov və Seymur Əliyev də saxlanılıblar. Həmin şəxslərin üstlərinə keçirilən baxış zamanı isə H.Heydarovdan 90 qramdan artıq, S.Əliyevdən 11 qramdan artıq heroin götürülüb. Faktlarla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə