Psixoloji kitablar insanlara necə təsir edir? - ARAŞDIRMA

Bilirik ki, psixi vəziyyətimiz gündəlik həyatımızda bir çox şeydən təsirlənir. Bu, qaçılmazdır, çünki ətraf mühitlə daim qarşılıqlı əlaqədəyik. Ətrafımızda bizə təsir edən amillərə qısaca toxunsaq, bütün günü ünsiyyətdə olduğumuz insanlar, yolda gedərkən sevgi və ya qorxu ilə baxdığımız heyvanlar, axşam evə gedəndə açdığımız əsas xəbər bülletenləri, bir bölümünü belə qaçırmadığımız həftəlik seriallar, işimizi rahat görmək üçün televizorun qarşısında oturub uşağımızı tək qoyduğumuz cizgi filmləri, oxuduğumuz qəzetlər, romanlar, çox vaxt tək dostlarımız və s. bura aiddir.

"Bir gün bir kitab oxudum, bütün həyatım dəyişdi”. Bu sözü hamımız eşitmişik. Kitablar həqiqətən də həyatımızda bəzən dönüş nöqtəsi təşkil edəcək qədər vacibdir. Heç ağlınızdan keçməyən ideyalar və maraqlı fikirlər kitab oxuduqdan sonra beyninizdə öz yerini ala bilir.

Kitab oxumaq fərdlərin inkişafına böyük təsir göstərir. Bunun insanların təfəkkür və təxəyyülünü təkmilləşdirmək, söz ehtiyatını artırmaq, insanlara müxtəlif təcrübə və biliklər vermək kimi bir çox faydaları var.

Hər hansı bir mövzuda fikir sahibi olmaq istəyən fərd ilk növbədə o mövzuda “biliyə” malik olmalıdır. Bir mövzuda bilik əldə etmək isə, o mövzunu araşdırıb oxumaqla mümkündür. İnkişaf etməmiş cəmiyyətlərdə vaxtlarını kitab oxumaq əvəzinə faydasız işlərə sərf etmək isə adi haldır.

Psixologiya insan və heyvan davranışının koqnitiv müddətini öyrənən elmdir. Bu elm insanların davranışlarının altında yatan səbəbləri araşdıraraq həll yolu tapmağa çalışır.

Bu elm sahəsi ilə məşğul olan şəxslərə də psixoloqlar deyilir. Psixoloqlar insanların davranışlarını yaxından araşdırır, davranışların səbəblərini tapır və elmi şəkildə izah etməyə çalışır. Psixologiyanın əsas məqsədi insanların əvvəlcə öz mənlikləri ilə, sonra isə cəmiyyətdəki digər insanlarla uyğunlaşmasını təmin etməkdir. Bu gün bir çox problemləri qiymətləndirsəniz, onlar İnsanların bir-birini dinləməməsindən, bir-biri ilə oturub danışa bilməməsindən və daim mübahisə etməsindən irəli gəlir. Burada psixoloqlar insanların əhval-ruhiyyəsini anlayır və onları daha sağlam fərdlər edir.

Başqa insanların psixoloji həyatı ilə maraqlanan bir qrup insan da var. Burada isə psixologiya kitabları işə düşür. Bu kitablar bəzən insanların travmatik əhval-ruhiyyəsindən uydurma şəkildə bəhs edir, bəzən isə yalnız tədris, tərbiyəvi və ibrətamiz məqsədlə yazıla bilər.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Maraqlı psixoloji kitablar:

Psixiatrın Gizli Dəftəri – Gary Small, Gigi Vorgan

Bu kitabda Garry Small peşəkar həyatı boyu yaşadığı hadisələri toplayıb. Onunla xəstələri arasındakı dialoqlar, diaqnoz mərhələsi və sonrakı hekayələr həqiqətən maraqlıdır. Bu kitab sayəsində siz dünyada heç vaxt eşitmədiyiniz psixoloji xəstəliklər haqqında eşidəcək, sağlamlığınıza şükür edəcəksiniz.

Kitabın müəllifi həkimdir. O, 30 ildir xəstələrini müayinə edir, onlarla bağlı müşahidələrini, müalicə mərhələsini və bu prosesdə baş verən bütün hadisələri toplayıb bu kitabda bizə çatdırır. Siz adi psixoloji hadisələri, eləcə də əvvəllər eşitmədiyiniz hekayələri burada oxuya bilərsiniz.

Ruhi Xəstələrin Daxili Dünyası - Bert Kaplan

Bert Kaplanın “Ruhi xəstələrin daxili dünyası” kitabı sayəsində əvvəllər bildiyiniz bir çox şeydə səhv etdiyinizi və baxışınızın dəyişdiyini hiss edəcəksiniz. Dəlilikdən, yəni ruhi xəstəliklərdən bəhs edən bu kitab cəmiyyətdə bilinən bir çox səhvlərə işıq salır. Ruhi xəstəxanalardakı xəstələrin əhval-ruhiyyəsi, böhran zamanı hiss etdikləri kimi mövzuların yer aldığı kitab sayəsində həyatı az da olsa onların gözü ilə görə biləcəksiniz.

Daha belə bir çox psixoloji kitablar sadalamaq olar.

Əsrlər boyu insan şüurunda baş verən dəyişiklikləri araşdıran psixologiya özünü kəşf etmək istəyənlər üçün ən yaxşı fərdi inkişaf sahəsidir. Bir çox insanlar təkcə özləri haqqında deyil, həm də ətrafındakıların düşüncə tərzini və davranışlarının altında yatan səbəbləri öyrənmək üçün psixologiya ilə maraqlanır. Psixologiya elmi, əslində, hisslərin və düşüncələrin kökündəki səbəbini üzə çıxarır. Ən yaxşı insan psixologiyası kitablarını oxumaqla özümüzü və ətrafımızdakıları daha ətraflı anlaya bilərik. Psixologiya elmini ən yaxşı şəkildə düzgün müəllif seçimi və keyfiyyətli psixologiya kitabları bir araya gələndə başa düşmək olar. İnsanların uşaqlıqdan yetkinliyə qədər zehni inkişafını izləyən psixologiya travmalara qarşı müxtəlif müalicə üsulları tətbiq edir. Ən yaxşı inkişaf psixologiyası kitabları bu müalicələr haqqında sizə məlumat verir. Həm özünüzün, həm də ətrafınızdakıların düşüncə və davranışları haqqında təsəvvür əldə etmək istəyirsinizsə, psixologiya kitablarını oxumaqla başlaya bilərsiniz.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə