“Badamdar massiv 3/2” ərazi partiya təşkilatında iclas keçirilib - FOTOLAR

“Badamdar massiv 3/2” ərazi partiya təşkilatında iclas keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası Səbail rayon “Badamdar massiv 3/2” ərazi partiya təşkilatında iclas keçirilib. SİA xəbər verir ki, iclasda YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, təşkilatın əməkdaşları Fuad Heydərli,Lamiyə Hacıyeva və ərazi partiya təşkilatının üzvləri iştirak edib.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev ölkədə aparılan düzgün siyasət, 30 ildir fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatdakı rolu, həyata keçirilən uğurlu islahatlar haqqında çıxış edib. M.Nağıyev əsası Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyevin sədrliyi ilə daha da irəliləyən Yeni Azərbaycan Partiyasının hər bir üzvünü fəal olmağa çağırıb.

Daha sonra “Badamdar massiv 3/2” ünvanında Yeni Azərbaycan Partiyası Səbail rayon ərazi partiya təşkilatının fəallarının təklifi ilə yeni sədr və sədr müavini müəyyənləşib. Yekdilliklə Elnur Mirzəyev ərazi partiya təşkilatının sədri, Şəhla Abbasova sədr müavini seçilib.
M.Nağıyev yeni seçilmiş sədri və müavini təbrik edərək, təşkilatın işlərində uğurlar arzulayıb.

Elnur Mirzəyev ona göstərilən inam və etimada görə təşəkkürünü bildirib, partiyanın inkişafı üçün əlindən əsirgəməyəcəyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə