"Konsepsiyanın qəbulu qayıdış yolunda atılan ilk mühüm addımdır" - SƏDR AÇIQLADI
"Bildiyiniz kimi, ötən ay Prezident İlham Əliyev qarşımıza Qərbi Azərbaycana qayıdışla bağlı mühüm vəzifələr qoydu. Həmin vəzifələrdən birincisi Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının qəbul olunması idi". Bu sözləri Qərbi Azərbaycan İcmasının mətbuat konfransında icmanın sədri Əziz Ələkbərli deyib.
O bildirib ki, bu bir ay ərzində Qayıdış Konsepsiyası hazırlanmağa başlandı: "Çox ciddi işlər görüldü. Artıq bu gün Müşahidə Şurasının iclasında həmin sənəd qəbul edildi. Bu münasibətlə bütün xalqımızı təbrik edirəm. Bu sənədin qəbulu ilə tarixi torpaqlarımıza qayıdışın ilk mühüm addımını atmış olduq".
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB