Bəzi insanların yuxu görməməsinin SƏBƏBİ NƏDİR? - PSİXOLOQ DANIŞDI

Bəzi insanların yuxu görməməsinin SƏBƏBİ NƏDİR? - PSİXOLOQ DANIŞDI

“Hər kəsin həyata müəyyən baxış bucağı var. Hamının biliklər sistemi onun bu həyatda olanları analiz etməsinə imkan verir. Bəzi insanlar yuxulara çox aludəçidir və yuxu prosesini çox rahatlıqla yoza və açıqlamasını verə bilir. Bu cür insanlar öz etdiklərinə inanar və ətrafındakıları da buna sövq edər. Bir çox insanlar isə ya yuxu görmür, ya da gördüyü yuxunu heç kimlə bölüşmür”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.

Onun sözlərinə görə, bizim yuxularımız gün ərzində düşündüklərimizin röyamızda təzahür etməsidir: “Ümumiyyətlə yuxular bizim içinə qonaq gedə bilmədiyimiz, şüuraltımızda yaşadıqlarımızın röyamızda təhrif olunmuş formada görməyimizdir. Bir çox isanlar yuxularını yozmaqda həvəskardırlar, hətta yuxu yozaraq həyatlarını o istiqamətdə qurmağı seçənlər də var. Lakin əgər bir insan gündəlik həyhatını yuxularına görə istiqamətləndirirsə, deməli həmin şəxsin dünyagörşü və həyatla bağlı istəkləri olduqca sadədir. Yuxu müəyyən epizodik proseslərdir. Hansı ki, biz yuxularımızda doğmalarımızı itiririk, bu isə bizim həyatda onları itirmə qorxumuzdan irəli gəlir ki, bu emosiyalarımız da yuxuya yansıyır.

Birmənalı olaraq anlamaq lazımdır ki, gündəlik həyatımızda daha çox nəyi düşünürüksə, yuxuda da həmin düşüncələri təhrif olunmuş formada görürük. Alimlər də yuxuların insan psixalogiyasına təsir göstərdiyini təstiqləyib. Ümumilikdə isə insanların yuxu ilə bağlı fikirləri fərdi yanaşmalardan ibarətdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə