Qar örtüyü çaylarda sululuğu artırır

Qar örtüyü çaylarda sululuğu artırır

Qış aylarında yüksək dağlıq ərazilərə yağan qar nəticəsində toplanan qar ehtiyatları çaylarda gursululuq axımının formalaşmasına mühüm təsir göstərir.

SİA-nın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, bu ilin yanvar ayının 1-ci ongünlüyündə dağlıq ərazilərdə yağan qar kifayət qədər yüksək qar örtüyünün əmələ gəlməsinə səbəb olub.

“Yaz-yay gursululuq dövründə çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə bu ilin mart ayının 1-ci yarısında Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində çayların hövzələrində qarölçmə işləri aparılacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə