İqtisadiyyat nazirinin müavini vətəndaşları qəbul edəcək

İqtisadiyyat nazirinin müavini vətəndaşları qəbul edəcək

Yanvarın 27-də iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Göyçay şəhərində Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edəcək.

SİA nazirliyə istinadən xəbər verir ki, qəbul saat 11:00-dan etibarən Heydər Əliyev prospekti, 98 ünvanında - Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyənlər nazirliyin 195-1 Çağrı Mərkəzində və yaxud internet səhifəsindəki "Müraciətlər/vətəndaşların qəbulu/qəbula yazılın" bölməsində qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə