“Qarşıdan 2 fevral Gənclər Günü gəlir. Düşünürəm ki, sadəcə həmin gün deyil, ümumilikdə hər zaman, həyatımızın hər bir məqamında Azərbaycan gəncinə, onun bu günü və gələcəyinə dövlət yüksək səviyyədə diqqət göstərir. Azərbaycan gənci bu gün Azərbaycan dövlətinin, şəxsən Azərbaycan Prezidenti cənab İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın diqqəti, qayğısı və himayəsi ilə əhatə olunub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.
Onun sözlərinə görə, Azərbaycan gənci öz torpağının bir qarışını belə yağı düşmən tapdağı altında qoymadan, mübarizəyə qalxan və torpaqlarını azad edən, bizə Qarabağlı Azərbaycanı bəxş edən nəsildir: “Bizim gənclərimiz bu gün böyük auditoriyalarda, elm, təhsil ocaqlarında öz sözünü deyir, Azərbaycanda bir çox elm sahələrinin inkişafında böyük nailiyyətlər əldə edirlər. Gənclərimiz dünyanın idman arenalarında Azərbaycanın üçrəngli bayrağını ucaldırlar. Eyni zamanda Azərbaycan gənci mədəniyyət, incəsənət sahəsində çox məhsuldar və istedadlı nümunələr hazırlayır. Bir sözlə, Azərbaycan gənci ilə qürur duya bilərik. Onların bu cür böyüməsində, təhsil almasında, inkişaf etməsində təbii ki, Azərbaycan ailəsinin və Azərbaycan dövlətinin, şəxsən ölkə başçısının çox böyük rolu var.
Ölkəmizin hüdudlarından kənarda təhsil alan gənclərimizə təhsillərini başa vurması üçün yaradılan şərait, dövlət tərfindən bu istiqamətdə atılan ciddi addımlar da əlbəttə ki, gənclərin inkişafında təkan rolunu oynayır. Bütün Azərbaycan gənclərini qarşıdan gələn 2 fevral Gənclər Günü münasibətilə təbrik edir, müstəqil Azərbaycanın gəncləri olaraq əldə etddikləri nailiyyətlərin davamlı olmasını arzu edirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB