İmişlidə “Xilaskar ömrü” sənədli filmi nümayiş olunub - FOTOLAR

İmişlidə “Xilaskar ömrü” sənədli filmi nümayiş olunub - FOTOLAR

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının, İmişli rayon icra hakimiyyətinin və İmişli rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə mərkəzin kino zalında “Heydər Əliyev ili”nə həsr olunan “Xilaskar ömrü” sənədli filmi nümayiş olunub. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan İmişli rayon Heydər Əliyev Mərkəzinin direktoru Lalə Heydərova bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etdi.

Azərbaycan olduqca mürəkkəb situasiya ilə üzləşmişdi: ölkə vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında idi. Belə bir məqamda xalqımız 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. İyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi.
Digər çıxış edənlər qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Beləliklə, Azərbaycanı parçalamaq, forposta çevirmək və öz korporativ maraqları əsasında idarə etmək istəyənlər öz niyyətlərinə çata bilmədilər. Bölücülərlə yanaşı, onlara havadarlıq edənlər Azərbaycanda Ulu Öndər Heydər Əliyevin yaratdığı milli birliyə məğlub oldular.

Sonda Ümummilli Lider Heydər Əliyevə həsr olunan “Xilaskar ömrü” sənədli filminin nümayişi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə