"Yuxu rejimini düzgün tənzimləmək vacib şərtdir” - PSİXOLOQ DANIŞDI
“Hər bir insanın özünün yaşam prinsipi var. Bu yaşam prisipinin içərisinə insanın bəzi vərdişləri də daxil olur. İnsanlar öz dünyagörüşlərinə görə həyat tərzi yaşayırlar”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.
Onun sözlərinə görə, bütün bunlar nəzərə alınmaqla gecə yuxusuzluğunun da bir çox səbəbləri var: “Bura fizioloji problemlər, insanın iş fəaliyyəti, eyni zamanda insanın özünün də müəyyən təsirləri, yəni telefon, televizor ilə yuxusunu gecikdirməsi də aiddir. Lakin hər kəs birmənalı şəkildə dərk etməlidir ki, gecə saatları yuxu üçün ən ideal zamandır və düzgün psixologiya üçün də olduqca vacibdir.
Yuxu pozğunluğu ümumi olaraq fərdin özündən asılı olur. Bu problem öz növbəsində sinir sisteminə də öz mənfi təsirini göstərir və insanların psixakısana zərər vurur. Buna görə də yuxu rejimini düzgün tənzimləmək vacib şərtdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB