Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Əngəlsiz İncəsənət” layihəsi başa çatıb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, fonddan bildirilib ki, yeniyetmə və gənclər arasında gənc istedadların, onların bacarıqlarının üzə çıxarılması, seçdikləri sənətdə keçirilən təlim və müsabiqələrdə özlərini doğrultması istiqamətində töhfə verməyi qarşıya məqsəd qoyan layihədə orta məktəb şagirdləri, universitet, kollec tələbələri, həmçinin xüsusi qayğıya ehtiyacı olan gənclər iştirak ediblər.
Layihə çərçivəsində iştirakçılar incəsənətin qolları, rənglərin ahəngi haqqında məlumatlar əldə ediblər. Fərdi və komanda işi zamanı istədikləri mövzuda rəsm çəkən gənclər istifadə etdikləri rənglərin mənalarını izah ediblər. Həmçinin rənglərin həyatımıza təsirləri haqqında müzakirələr aparılıb. Sonda iştirakçılar layihədə fəal iştirak etdikləri üçün sertifikatla təltif ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB