"Yerli məhsullara daha çox üstünlük verilməlidir" - MÜTƏXƏSSİS DANIŞDI

"Yerli məhsullara daha çox üstünlük verilməlidir" - MÜTƏXƏSSİS DANIŞDI

"İmmun sisteminin güclü olmasını istəyən şəxs təbii və yerli məhsullara daha çox üstünlük verməlidir. Ümumiyyətlə qida dəyəri yüksək məhsullardan istifadə etmək lazımdır ki, gələcəkdə sərbəst radikallara qarşı immunitet qazanmağına imkan yaratsın. Lakin bəzi insanların müəyyən qidalara qarşı allergiyaları mövcud olur. Xüsusilə də bu allergik halların sitrus meyvələrinə qarşı olduğunun şahidi oluruq. Bu zaman həmin meyvələrdə olan vitamini digər qida məhsullarından əldə etməlidirlər. Allergiya olduğunu bilə-bilə vitamin qəbul etmək üçün eyni məhsuldan istifadə etmək qətiyyən düzgün deyil". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, bəzi insanlar ət və ət məhsullardan imtina edirlər: "Hansı ki, bu da heç düzgün deyil. Çünki ətin tərkibində "B12" var, bu vitamin kənardan alınır və orqanizm üçün olduqca vacibdir. Buna görə də qırmızı ət həftəlik qida rasionunda olmalıdır. Lakin əti çox qəbul etmək də sağlamlıq üçün faydalı deyil. Qırmızı əti mütləq yanında göyərti ilə qəbul etmək lazımdır. Çünki göyərti ətin həzm olunmasına kömək edir".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə