Yeni Yasamaldan Sahil metrosuna birbaşa marşurut xətti olacaq? - QURUM RƏSMİSİ AÇIQLADI

Yeni Yasamaldan Sahil metrosuna birbaşa marşurut xətti olacaq? - QURUM RƏSMİSİ AÇIQLADI

Son zamanlar Yeni Yasamal sakinləri Sahil metro stansiyasına birbaşa marşurut xətti olmamasından şikayət edirlər. Belə ki, sakinlərin Sahilə gəlməsi üçün heç bir birbaşa marşurut xətti yoxdur. Onlar 2 marşurut xətti dəyişməlidir ki, bu da əlavə xərcdir. Bu barədə SİA-nın sorğusuna cavab olaraq Sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin müdiri Vüqar Məmmədzadə açıqlama verib.

Onun sözlərinə görə, Yeni Yasamal yaşayış massivindən şəhərin müxtəlif istiqamətlərində (“20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası”, “İçərişəhər”, “Gənclik”, “Nəriman Nərimanov” və “Koroğlu” metro stansiyaları) sərnişin axınına uyğun olaraq 7B, 17, 39, 77, 193, 194 və 211 nömrəli marşrutlar fəaliyyət göstərir: “Hazırda “Sahil” metro stansiyası ilə Yeni Yasamal yaşayış massivi arasında kifayət qədər sərnişin axını olmadığı üçün həmin istiqamətləri əlaqələndirəcək müntəzəm marşrutun təşkili planlaşdırılmamışdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə