Avtomobil sığortası sığorta şirkətləri tərəfindən bir neçə formatda təklif edilir. Rəsmi qaydalara əsasən istənilən nəqliyyat vasitəsinin icbari avtosığortası olmaq məcburiyyəti vardır. İcbari avtomobil sığortası olmadığı tədqirdə avtomobil sahibləri qanunla müəyyən edilmiş məbləğdə cərimə olunur.
Onu da qeyd edək ki, Mərkəzi Bank icbari avtosığorta sahəsində sığorta şirkətlərindən edilən şikayətlər üzrə “şikayət indeksi” açıqlamağa qərar verib. Qurum bunu istehlakçıların məlumatlığının və sığortaçıların istehlakçılara münasibətdə ədalətli davranışının yüksəldilməsi məqsədilə etdiyini deyir. Bildirir ki, indeksin aylıq əsasda yayımlanması nəzərdə tutulub. Şikayət indeksi açıqlandığı tarixdən son 1 il ərzində əldə edilmiş məlumatlar əsasında hər bir sığortaçı üzrə hesablanacaq, aylıq məlumatlar əsasında yenilənəcək. Bu addım vətəndaşların avtomobillərin icbari sığortası haqlarının artımından yarana biləcək narazılığının önlənməsinə xidmət edir.

Sığorta şirkətləri qəzaların sayına görə lider olan avtomobil markalarının adını açıqlayıb.
Belə ki, ən çox baş verən qəzalar Toyota (8%), Hyunday (7,9%), Kia (7,9%) və Renault (6,2%)-dir.

Ötən ildə ən çox yol-nəqliyyat hadisələrini törədənlər 30-39 yaş (27,8%), 40-49 yaş (26,2%) və 60 yaşdan yuxarı (17,4%) olan avtomobil sürücüləri olub. Həmçinin əksər hallarda yol qəzalarının iştirakçıları ənənəvi olaraq kişilər olub.
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Mərkəzi Bankın avto-icbari sığorta sahəsində qəbul etdiyi yeni qaydalar əsasən iki başlıca zərurətlə bağlıdır. Birincisi, hazırda praktika belədir ki, şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə üçüncü tərəfə zərər vurduğu halda zərərin ödənilməsi prosesi zərərçəkən tərəflə zərərvuran tərəfin sığortaçısı arasında həll olunur. Yəni zərərçəkən tərəf ödənişi öz avto-icbari sığortaçısından deyil, zərərvuran tərəfin sığortaçısından əldə edir. Belə olan halda zərərlərin ödənilməsi prosesi müştəri-biznes münasibətlərindən kənarda baş vermiş olur. Yəni ödənişi alan tərəf müştərisi olmayan sığortaçı ilə qarşı-qarşıya qalmış olur.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə (zərərlərin birbaşa tənzimlənməsi) dair Qayda”nı və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nı təsdiq edb.
Bəzi sığorta şirkətləri avtomobilləri sığorta etməkdən imtina edirlər.
Bəzi sürücülər isə avtomobillərini yalnız əlavə ödəniş müqabilində sığorta etdirə bildiklərini deyirlər.
Sığorta şirkətlərinin daha bir tələbi isə odur ki, sığorta olunan avtomobillər mütləq həmin şirkətin ofisinin fəaliyyət göstərdiyi rayon və ya şəhərdə qeydiyyatda olmalı və orada idarə edilməlidir.

Yol hərəkəti təhlükəsizliyi mütəxəssisi, ekspert, sürücülük təlimçisi Arzu Babazadə: "Sığorta şirkətləri bununla zərərdən qaçmağa çalışırlar, bir tərəfdən onları qınamaq olur, çünki insanları çətin vəziyyətdə qoyurlar. Digər tərəfdən də qınaya bilmirik, çünki balaca mühərriklərin sığorta ödənişi rüsumu çox azdır. Nəzərə alsaq ki bu avtomobillərin çoxu taksi işləyən avtomobillərdir və bunların içində narkotik istifadəçiləri, alkosərxoş olanlar var və bu adamların psixoloji problemləri olur. Belə olduğu halda qəzalar da çox ağır olur və sığorta şirkətlərinə böyük zərər dəyir. Amma sığorta şirkətləri bu cür vəziyyətin həllinə çalışmadıqda qanunu pozurlar. Qanun buna qəti icazə vermir. Bunun həll yolu, Mərkəzi Bankla müzakirə edib ortaq məxrəcə gəlməkdir. Hər bir sürücünün sığorta şirkətlərindən şikayətçi olma, məhkəməyə vermək hüququ var. Çünki sığorta şirkəti avtomobili sığorta etmədiyi zaman həm onun əmək fəaliyyətinə ziyan vurmuş olur, həm də qanunu pozmuş olur.
Köhnə il olan avtomobilləri və kiçik həcmli mühərrikli avtomobilləri sığorta etməmək ortada gəzən dələduzlara rəvac verir. Dəliduzlar rahatlıqla insanları aldada bilir, pulu alırlar ancaq ortada heçnə olmur. Pulu qazanan dələduzlar olsa da ziyanı həm sığorta şirkətləri, həm də vətəndaş ziyan çəkir".
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB