Mənzillərin onlayn qaydada satışına başlandı- ƏƏSMN

Mənzillərin onlayn qaydada satışına başlandı- ƏƏSMN

Bu gün saat 10:00-dan Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyi tərəfindən Bakının Ramana, Ümid, Kürdəxanıqəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarında olan mənzillərin ms.sosial.gov.azportalı üzərindən onlayn satışına başlanıb.

ƏƏSMN-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu portal artıq bir müddət əvvəl vətəndaşların istifadəsinəverilib və qeyd olunan mənzillərdən almaq istəyənşəxslərə portala daxil olaraq mənzillərlə tanış olmaq vəmənzil seçmək imkanı yaradılıb.

Həmçinin bir neçə gün əvvəl yayımlanmış videotəlimatda(https://www.youtube.com/watch?v=FdY-CV9RwIw) portaldan istifadə etməklə mənzilin onlayn qaydadaalınması və satışı qaydası barədə ətraflı məlumat verilir.

Portalda almaq istədiyi mənzili seçən hər kəs onuportaldakı “Bron et” düyməsini sıxaraq bron etməklə ala bilər. (Mənzilləri bron etmək istəyən şəxs bunun üçünASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiyanömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır).

Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququqazanır, ondan əlavə 2 şəxsin də həmin mənzili bronetmək imkanı var. Mənzili ilk bron etmiş şəxs həminmənzili almaqdan imtina etdiyi halda, mənzili almaqhüququ onu bron etmiş digər şəxsə keçir.

Mənzili bron etmiş şəxslə Nazirlik arasında 10 günmüddətində dəyəri tam ödənilməklə mənzilə dair notariatqaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsibağlanacaq.

Mənzillər tam təmirlidir, istifadə olunmayıb və çıxarışlıdır, onları banklara müraciət etməklə ipoteka krediti ilə dəalmaq olar.

Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyisayda mənzil ala bilər.

Mənzillərin qiyməti müstəqil qiymətləndirici tərəfindənqanunvericiliyə uyğun olaraq müəyyən edilib.

Mənzillərin portal üzərindən satışı 01.07.2023-cü il tarixinədək davam edəcək.

Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrindəşəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərinmənzil və fərdi evlə təminatına yönəldiləcək.

Əlavə məlumat əldə etmək üçün 142-Çağrı Mərkəzinəmüraciət edə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə