2022-ci ildə nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 126 milyon ton yük, 1405 milyon sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, əvvəlki illə müqayisədə müvafiq olaraq 12 faiz və 25,5 faiz artım qeydə alınıb.
Sərnişinlərin 94 faizi avtobus, 6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 23,1 faiz, sərnişin dövriyyəsi isə 25 faiz artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB