"DAYAQ" Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatı 20 Yanvar şəhidlərini ziyarət edib. SİA xəbər verir ki, Azərbaycan Xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi həkk olmuş 1990- cı il 20 Yanvar hadisələrindən artıq 33 il keçir. Hər il bu günü xalq böyük izdihamla yad edir.
"DAYAQ" Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatı-nın idarə heyəti, şəhid ailələri, qazilər və müharibə iştirakçılarından ibarət çoxsaylı vətənpərvər üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhidlərin məzarları üstünə tər qərənfillər düzülüb. Şəhidlər kompleksinin qarşısına əklil qoyulub və dualar oxunub.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB