Azərbaycanda 46 nəfər koronavirusa yoluxub

Azərbaycanda 46 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 46 yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 827 571 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 080 nəfər müalicə olunaraq sağalıb, 10 064 nəfər vəfat edib, aktiv xəstə sayı 427 nəfərdir.

Ölkədə son sutka ərzində 2 114, hazırkı dövrədək isə 7 466 384 test aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə