Eynək və linzadan həkim nəzarəti ilə istifadə etmək lazımdır - OFTALMOLOQ DANIŞDI

Eynək və linzadan həkim nəzarəti ilə istifadə etmək lazımdır - OFTALMOLOQ DANIŞDI

“Gözü zəif olan şəxslər həm eynək, həm də kontakt linzalardan istifadə edə bilərlər. Lakin hər ikisini istifadə etmək üçün həkim təyinatı olmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında oftolmoloq Paşa Qəlbinur bildirib.

Onun sözlərinə görə, bəzi insanlar eynək taxmağı özlərinə kompleks edirlər və linzalara üstünlük verirlər. Lakin bununla bağlı mütləq şəkildə həkimin fikirlərini öyrənmək lazımdır. Çünki bəzi gözlər var ki, linza həmin gözə düşmür və istifadə edilən zaman da müəyyən fəsadlara yol açır, gözün daha da zəifləməsinə səbəb olur. Eyni zamanda daimi olaraq linzadan istifadə etmək də göz üçün çox zərərlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə