Dövlət qulluqçularının karyera inkişaf planı hazırlanacaq

Dövlət qulluqçularının karyera inkişaf planı hazırlanacaq

Azərbaycanda dövlət qulluqçularının karyera inkişaf planı hazırlanacaq.

SİA-nın xəbərinə görə, bununla bağlı "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, dövlət qulluqçusunun potensialından düzgün istifadə edilərək hərtərəfli inkişafına şərait yaratmaq, onun dövlət qulluğunda irəli çəkilməsi və motivasiyasının təmin edilməsi və dövlət qulluğunda insan resurslarından daha səmərəli istifadə edilməklə dövlət orqanının kadr tələbatına olan ehtiyacını vaxtında ödəmək məqsədilə dövlət qulluqçusunun karyerası planlaşdınlır. Dövlət qulluqçulanının karyerasının planlaşdırılması üçün dövlət orqanları tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada dövlət qulluqçusunun karyera inkişaf planı hazırlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə