Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.
SİA xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən polis polkovnik-leytenantı Elşad Hacıyev "Facebook" statusunda yazıb.
"Polis orqanına hansısa əməldə təqsirli bilinən şəxs gətirilir və əlində telefonla olan fotosunu çəkirlər? Özfəaliyyətdir. Qəbuledilməz haldır. Kimliyindən asılı olmayaraq heç bir vətəndaş qeyri-insani rəftara məruz qala bilməz. Fotoşəkil kiminsə TikTokda "jeton" toplamaq niyəti ilə çəkilib", - deyə DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib.
Xatırladaq ki, sosial şəbəkələrdə polisin ünvanına təhqiramiz ifadələr səsləndirən şəxsin görüntüləri yayılıb. Görüntülərdə həmin şəxs saçı kəsilmiş halda əks olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB