"Atdığımız addımların verdiyi ziyanları da görə bilməyimiz vacibdir" - PSİXOLOQ DANIŞDI
“İnsanların hər hansısa məqsədləri və ya həddindən artıq arzuladıqları bir şey olduqda onların səhvə yol verməsi üçün böyük şanslar yaranır. Çünki insanlar məqsədləri uğrunda etdikləri səhvlərin bir çox hallarda fərqində olmurlar. Xüsusilə gənclər üçün qeyd etmək istəyirəm ki, hər hansı bir addım atdıqda təcrübəsi olan insanlarla məsləhətləşsinlər və bu məsləhətləri dinləyə bilsinlər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova bildirib.
Onun sözlərinə görə, adətən yaş ötükdən sonra insanlar etdikləri bir çox səhvlərin, yanlış addımların fərqinə varır və peşmançılıq hissi keçirirlər: “Buna görə də qarşımıza məqsəd qoyduqda emosialarla deyil, ağıl və məntiqlə hərəkət etməliyik. Atdığımız addımların bizi məqsədimizə yaxınlaşdırdığı qədər verdiyi ziyanları da görə bilməyimiz vacibdir.
Mən qarşıya qoyulan məqsədə çatmaq üçün hər kəsin peşəkar psixoloq dəstəyinə ehtiyac olduğunu düşünmürəm. Lakin şəxs özü bu ehtiyacı duyarsa, təbii ki, psixoloqa və uyğun olaraq mövzu üzrə digər peşəkarlara da müraciət edə bilərlər. Hər bir halda peşəkarlardan dəstək almağın heç bir mənfi yönü olmayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB