Ailə Məcəlləsində erkən yaşda nikah sözünün tərifinin verilməsi və nikah yaşının bir yaş aşağı salınmasının səbəblərinin göstərilməsi zərurəti yaranıb.
SİA xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə keçirilən komitə iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, bununla bağlı qanunvericilik layihəsinin təklifi komitə tərəfindən aidiyyəti üzrə göndərilib.
O bildirib ki, uşaqlara qarşı zorakılıq, xüsusilə də cinsi zorakılıq faktları ilə bağlı məsuliyyətin qəbul edilməsinə ciddi ehtiyac var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB