Qız Qalasının qarşısında yerləşən körpü təmir işləri üçün bağlanıb
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ictimaiyyətə bildirir ki, Qız Qalasının qarşısında yerləşən körpü təmir işləri üçün bağlanıb və aparılan təmir işləri ilə əlaqədar olaraq körpü üzərində piyadaların hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə SİA-ya "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib.
"Körpünün aşırımlarının bərpasının 10 fevral tarixinə qədər yekunlaşdırılması nəzərdə tutulub", - deyə qurumdan bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB