"Sosial sahədə həyata keçirilən islahatlar inqilabi xarakter daşıyır" - MÜNASİBƏT BİLDİRİLDİ
“Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən növbəti dəfə Azərbaycanda pensiyalar və minimum əməkhaqqı artırıldı. Bu Azərbaycanda qorunmağa ehtiyacı olan təbəqənin dövlət tərəfindən böyük bir diqqət və qayğı ilə əhatə olunduğunun göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə atılan ilk addım deyil: “Azərbaycann Prezidentinin dəfələrlə ard-arda ölkədə əhalinin bütün təbəqələrinin həyat səviyyəsini yaxşılaşdırılması, xüsusilə də aztəminatlı ailələr, qorunmağa ehtiyacı olan təbəqənin rifah halının yüksəldilməsi ilə bağlı verdiyi sərəncamlar artıq ənənə halını alıb.
Son illərdə Azərbaycanda sosial sahədə həyata keçirilən bütün islahatlar inqilabi islahatlar olaraq dəyərləndirilir. Bu tamamilə doğru bir qiymətləndirmədir. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etməsi, təkmilləşdirilməsi üçün atılan addımların hər biri Azərbaycanın gələcəyinə hesablanıb. Cənab Prezidentin imzaladığı növbəti sərəncam da həmin addımlardan biri kimi qiymətləndirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB