“Bizim qurumlarımız bu günə qədər 14 beynəlxalq mükafata layiq görülüb“ - NAZİR

“Bizim qurumlarımız bu günə qədər 14 beynəlxalq mükafata layiq görülüb“ - NAZİR

“Bu gün artıq Avropa İttifaqı ilə layihələr üzrə sıx əməkdaşlıq mövcuddur. Bu günə qədər bizim tərəfimizdən 7 layihə həyata keçirilib. Onlardan 2-i hazırda da davam edir, 2-i isə bizim yol xəritəmizdə görünür”. SİA xəbər verir ki, bu sözləri “Azərbaycanda pensiya islahatlarına dəstək - Faza 2” Avropa İttifaqı Tvinninq Layihəsinin açılış mərasimində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, bu kimi əməldaşlıqların olması bizə imkan verir ki, pensiya, məşğulluq, əlillərin hüquqlarının müdafiəsi və bu kimi bir çox vacib məsələlərdə ən qabaclıq beynəlxalq təcrübəni ölkəmizə gətirək: “Ölkə başçının da bəyan etdiyi kimi ölkəmizdə sosial inkişafa önəm verilir. Ötən dövrlər ərzində bir çox böyük islahatlar həyata keçirilib. Bu gün biz pensiya elektronlaşdırılmasından danışırıq. Bizim qurumlarımız bu günə qədər 14 beynəlxalq mükafata layiq görülüb. Bütün bu mükafatlar görülən işlərə verilən beynəlxalq qiymətdir. Lakin biz bu nailiyyətləri dayandırmamalıyıq, sosial sahədə vətəndaşlarımızın işini daha da asanlaşdırmaq üçün hər zaman inkişaf etməli, çalışmalıyıq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə