"Hər bir hamilə xanıma fərdi yanaşmaq lazımdır" - MÜTƏXƏSSİS DANIŞDI
“Hamiləlik zamanı qidalanma və idman etmək hər zaman müzakirə mövzusu olub. Bəziləri hamilə xanımlara idmanın və çox hərəkət etməyin zərərli olduğunu deyir. Ancaq mütləq şəkildə hər bir hamiləyə fərdi yanaşmaq lazımdır. Hər bir hamilə qadın həkim nəzarətində olmalıdır və onun gündəlik orqanizminin sağlam inkişafı üçün qidalanmaya diqqət etməsi vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.
Onun sözlərinə görə, hamiləliyin 12-ci həftəsinə qədər həddindən artıq çox hormon ifraz olunduğu üçün bu zaman qadınlarda ürəkbulanmalar, iylərə qarşı həssaslıq, qusma və bir çox həzm problemləri ortaya çıxır: “Belə olan halda mütləq şəkildə bu dəyişikliyə öyrəşənə qədər idmanı az etmək lazımdır. Amma gündəlik olaraq hərəkətdə olmaq da vacibdir. Bu zamanlarda isə asan həzm olunan və qarışıq qidalardan uzaq durmaq lazımdır. Qarışıq qidalar dedikdə ana yeməklərdə karbohidrat və zülalın biri-birinə qarışmış olduğu yağlı, qızardılmış qidalardan uzaq durmaq lazımdır. Çalışıb, az bişmiş tərəvəzlər yemək lazımdır, ki vitamn və mineralları itirmədən qəbul etmək mümkün olsun. Ətli qidlar da həddindən artıq qızardılmamalı və qaynadılmamalıdır.
Hamilə xanımlara mövsümü meyvə-tərəvəzlər, mənşəyi bilinən süd məhsulları, ət, balıq, lobya, noxuddan istifadə etmələri tövsiyyə olunur. Çünki sadalanaların hər birinin tərkibi orqanizm üçün olduqca faydalıdır.
Bəzən hamilə xanımlar müəyyən qidalardan ümumiyyətlə imtina edirlər. Bu zaman isə imtina olunan qidanın tərkibi öyrənilməli və eyni tərkibə sahib olan başqa bir qida ilə əvəzlənməlidir ki, ana və körpənin sağlamlığı bərpa olunsun.
Balıq yeyərkən böyük balıqlardan istifadə etməməyə diqqət etmək lazımdır. Çünki böyük balıqların tərkibində ağır metallar çoxluq təşkil edir. Buna görə də böyük balıqlar hamilələr üçün zərərli ola bilər. Digər balıqları isə həftədə iki-üç dəfə qəbul etmək olar.
Şəkərli və qazlı içkilərdən birmənalı şəkildə uzaq durmaq lazımdır. Çünki həm orqanizmdə kalsium əriməsinə gətirib çıxarır, həm də tərkibində heç bir qida dəyəri olmayan qida kimi qəbul olunduğundan orqanizmi də heç bir faydası olmur.
Hamilələrə kofe içməyin zərərli olduğu deyilir. Hnası ki, bu da yanlış bilinən fikirləndən biridir. Gün ərzində bir-iki fincan kofe içmək olar. Amma bundan artıq olmamalıdır. Eyni zamanda çay da gün ərzində bir-iki stəkan içildikdə normal hesab olunur. Bunlardan əlavə olaraq spirtli içkilərdən uzaq durmaq lazımdır.
Hamilə xanımlar üçün hamiləlik üçün nəzərdə tutulan plates, üzgüçülük kimi idman növləri çox faydalıdır. Xüsusilə də 3-cü aydan 6-cı aya qədər üzgüçülüklə məşğul olmaq məsləhət görülür. 3-cü aya qədər isə ağır idman etmək olmaz. Tələsmədən və düz yolda gəzmək hamilə xanımlar üçün çox önəmlidir. 6-9-cu aylarda isə oturaq şəkildə olan bir çox idmanı etmək olar və diqqət etmək lazımdır ki, gün ərzində idmana ayrılan zaman 30 dəqiqəni keçməsin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB