“Sahibkarlar dərmanlama məsələsinə dırnaqarası yanaşırlar” - MÜTƏXƏSSİS AÇIQLADI

“Sahibkarlar dərmanlama məsələsinə dırnaqarası yanaşırlar” - MÜTƏXƏSSİS AÇIQLADI

Bildiyimiz kimi, ölkədə böyük marketlərin birində vitrində siçan olduğu iddia edilir. Bəs, belə anti-sanitariya vəziyyətinə görə kim məsuliyyət daşıyır? Mövzu ilə bağlı qida məsələləri üzrə mütəxəssis Ağa Salamov açıqlama verib.

Onun sözlərinə görə, bu mövzu qlobal problemdir: “Burada birbaşa market rəhbərliyinin günahı var. Çünki onlar dərmanlama prosesində dərmanlara pul xərcləmək istəmirlər. Bu onlar üçün əlavə xərc deməkdir”.

Ağa Salamov sözlərinə belə davam edib: “Gəmirici və böcəklərə qarşı xüsusi dərmanlama prosesi var və bu mütləq şəkildə baş tutmalıdır. Çünki onlar istehlakçılarla işləyir və onlara qida məhsulları satırlar. Gəmiricilərin də orada vitrinə qədər gəlib çıxması anti-sanitar vəziyyətin olduğunu göstəricisidir.

Mütəmadi olaraq professional şirkətlərlə müqavilə bağlayıb gəmirici və böcəklərə qarşı dərmanlama prosesləri görülməlidir. Bütün marketlər və ictimai işaə müsəssisələri bunu həyata keçirməlidirlər. Məsələn, soyuducuda qida qalıntıları olmamalı, çörək rəfləri mütəmadı təmizlənməli, şəffat örtük ilə örtülməlidir.

Sahibkarlar dərmanlama məsələsinə dırnaqarası yanaşırlar. Bu da sonda belə hallara gətirib çıxarır.

Dərmanlama prosesi təbii ki, düşünülmüş və planlaşdırılmış şəkildə olmalıdır ki, qida məhsullarında kimyəvi çirklənmə olmasın. Yəni, dərmanlar qida məhsullarına toxunmasın”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə