“Siqaretsiz mətbuat” kampaniyası başlayacaq

“Siqaretsiz mətbuat” kampaniyası başlayacaq

“Nəcib Jurnalistlər” İctimai Birliyi “Siqaretsiz mətbuat” kampaniyasına start verəcək. Bu barədə yeni yaradılmış İctimai Birliyin rəhbəri Mətləb Salahov KİV-ə açıqlamasında bildirib. Qurum rəhbəri bildirib ki, artıq “Siqaretsiz mətbuat” kampaniyasına başlamaq təklifi ilə ölkə KİV-lərinə müraciət hazırlayırlar:

“Bu kampaniyanı reallaşdırmaqda əsas məqsəd jurnalistlərin sağlamlığına və onların bu zərərli vərdişdən xilas olmalarına yardımçı olmaqdır. Bununla bağlı KİV rəhbərlərinə konkret proqram da göndəriləcək. Birlikdə yaradıcı insanların nikotin zəhərinin təsirindən qurtulmalarına çalışacağıq.”

Bütün xəbərlər Facebook səhifəmizdə