Biləsuvarda qazın verilişi bərpa olunub

Biləsuvarda qazın verilişi bərpa olunub

Biləsuvarda qazın verilişi bərpa olunub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində qaz xəttinin zədələnməsi nəticəsində yaranmış nasazlıq operativ şəkildə aradan qaldırılıb və yaşayış məntəqələrində təbii qazın verilişi bərpa edilib.

Qeyd edək ki, bu gün axşam saatlarında Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində qaz xəttinin zədələnməsi nəticəsində ümumilikdə 7 min abonent olmaqla, Biləsuvar şəhərinin və Zəhmətabad, Əliabad, Xırmandalı, Bəydili kəndlərinin bir hissəsinə təbii qazın verilişi dayandırılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə